Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 12:40
"Hərənin öz həyatı var. Heç kim övladının pis olmasını istəməz. Mən də oğlumun pis olmasını istəməmişəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elşad Qarayev "1 dəqiqə" proqramında deyib. İfaçı oğlu Rəvan Qarayevin ikinci həyat yoldaşından boşanmasından danışıb.
O, ikinci gəlinini evdən qovması ilə bağlı xəbərlərə "Elə şey olmaylb. İstəmirəm o haqda danışaq. Amma Rəvan bundan sonra ailə qursa mən icazəsini verəcəm. Özü seçəcək, mən razılıq verəcəm. Bundan əvvəl nə qədər oldu, mənim məsləhətimlə olmadı" cavabını verib.
Rəvan isə atasına bu haqda çox danışmağa imkan verməyib. O bildirib ki, ikinci xanımı ilə hazırda yaxşı münasibətdədir və övladını tez-tez görür.
Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşı Günayla 2017-ci ildə ayrılıb. İfaçının birinci evliliyindən bir qız, ikinci nikahından da bir qız övladı var.