Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Təhlükəsizlik Şurasında elan etdi - Döyüşmək üçün bu ölkədən muzdlular gətirir

Putin Təhlükəsizlik Şurasında elan etdi - Döyüşmək üçün bu ölkədən muzdlular gətirir

Tarix: 11 Mart 2022 13:26

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukraynanın qərbli sponsorlarının münaqişədə iştirak üçün muzdlu toplamasını gizlətmədiyini söyləyib.

"Qərb sponsorları" münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər - "onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər", - Rusiya Prezidenti vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. O, Yaxın Şərqdən 16 mindən çox könüllünün döyüşlərə qatılmaq istədiyini söyləyib.

Putin könüllülərin döyüş əməliyyatı keçirilən yerə çatdırılmasına dəstək olacaqlarını əlavə edib.

Şoyqu Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib.


Etiketlər:  Putin Təhlükəsizlik Şurasında elan etdi Döyüşmək üçün ölkədən muzdlular gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ