Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evləri sökülən sakinlərə kirayə pulu verilmir - VİDEO

Evləri sökülən sakinlərə kirayə pulu verilmir - VİDEO

Tarix: 11 Mart 2022 15:42

Goranboyda bir neçə bina qəzalı olduğuna görə sökülüb. Bina sakinləri isə yeni bina tikilənə qədər kirayə mənzillə təmin olunub. İndi həmin vətəndaşlar bir neçə aydır ki, kirayə pullarını ala bilmirlər.

Sakinlər 3 aydır ki, kirayə pullarını ala bilmirlər.

Söhbət Goranboy rayon Məmməd Məhərrəmov, Cəfər Cabarlı küçələrində sökülən iki mərtəbəli binlardan gedir. 

50 ildən artıqdır inşa edilən binalar bir neçə müddət idi qəzalı vəziyyətə düşmüşdür. Ötən ilin yay aylarından kirayə mənzillərə çıxan sakinlərə müqaviləyə əsasən 250 manat kirayə pulu ödənilib. Bu ilin yanvar ayından isə ödəniş dayandırılıb.

Rayonun Cəfər Cabbarlı küçəsindəki, həmçinin Məmməd Məhərrəmov 14 ünvanındakı 2 mərtəbəli binalar tamamilə sökülsədə Məmməd Məhərrəmov 22-də söküntü işləri yarımçıq qalıb. Sakinlər bildiriki, nə yeni mənzillərin  tikintisinə başlanılır,nə də onlara ödənilməli olan kirayə haqqı verilir. 

Məsələ ilə bağlı Goranboy rayon icra hakimiyyətindən bildirildi ki, büdcə təsdiqlənmədiyindən gecikmələr yaranıb. Sözügedən sakinlərə kirayə haqqları yaxın günlərdə ödəniləcək.

Qeyd edək ki, qəzalı bina sakinləri üçün 4 mərtəbəli 3  bina tikiləcək. Ümumilikdə bu binalarda 51 sakin yerləşdiriləcək.

Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:


Etiketlər:  Evləri sökülən sakinlərə kirayə pulu verilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ