Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 19:50
Paris Apellyasiya Məhkəməsi fransalı aktyor Jerar Depardyeyə qarşı cinsi təcavüz ittihamı ilə istintaq aparılması üçün əsasların olduğunu təsdiqləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Ona görə də, istintaq palatası hesab edir ki, hazırkı mərhələdə Depardyeyə qarşı istintaqın davam etdirilməsinə haqq qazandıran ciddi və ya uyğun sübutlar var", - Fransanın baş prokuroru Remi Eitz bəyanatında bildirib.
Qeyd edək ki, aktyorla bağlı iş hələ 2018-ci ildə aktrisa Şarlotta Arnulun şikayətindən sonra başlayıb. O, 2018-ci ilin avqustunda "qeyri-rəsmi oyun məşqi" üçün evinə gələndə aktyorun ona təcavüz etdiyini iddia edib. Həmin hadisələr baş verən zaman xanımın 22 yaşı olub.