Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 10:56
Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sonxeber.net xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.
Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova bıçaqla xəsarət yetirib.
Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Sərxan Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.