Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Simonyanı rüsvay etdilər - VİDEO - FOTO

Ermənilər Simonyanı rüsvay etdilər - VİDEO - FOTO

Tarix: 12 Mart 2022 14:14

"Russia Today"ın baş redaktoru Marqo Simonyan martın 8-də Twitter-də guya Ermənistanda çəkilmiş video paylaşmışdı.

Sonxeber.net bildirir ki, M.Simonyan yazmışdı: "Ermənistanda isə bax belə təbrik etdilər. Sadəcə, baxın".

Videoda gecə saatlarındakı İrəvanı, habelə "Ana Ermənistan" abidəsini görmək olar. Habelə, kadrlarda işıq salan dronlardan düzəlmiş 8 rəqəmi var ki, sonradan "Z" hərfinə çevrilir. Daha sonra "V" hərfi peyda olur.

Xatırladaq ki, Ukraynada müharibə aparan Rusiyanın texnikasında bu hərflər var.

Erməni Seda Qriqryan videonu araşdırıb və sübut edib ki, İrəvandakı aksiyada "Z" və "V" hərfləri olmayıb, M.Simonyan kadrları sonradan montaj vasitəsilə əlavə etdirib.


Etiketlər:  Ermənilər Simonyanı rüsvay etdilər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ