Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 14:48
Ukrayna Belarusun Rusiya ilə birlikdə hücum ehtimalına hazırdır, lakin evdə qalmaları daha yaxşı olar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
"Vəziyyəti nəzarətdə saxlayırıq. Belarusların rasistlərə qoşulacağı halda bizim üçün təhlükəli vəziyyətin yaranacağını bilirik. Lakin biz buna hazırıq, "yük 200" (Cargo 200 - hərbçi cəsədlərinin daşınması ilə bağlı istifadə edilən hərbi jarqon) kimi qayıtmaqdansa, yaxşısı budur ki, evdə qalın", - deyə Danilov bildirib.