Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 18:15
Müğənni Aynur Dadaşova həmkarı Niyam Salami ilə yayılan öpüşmə videosu haqda açıqlama verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "Həmin Zaur" proqramında danışıb.
Aynur deyib ki, sözügedən görüntülərə görə, peşman deyil:
"Milyonlarla insan bizi izləyir. Hamı bizi tanıyır. Niyamla aramızda dostluq sevgisi var. O videoya görə, niyə peşman olmalıyam? Ürəyində pis fikir olsa, ya da gizli xoş olmayan nəsə etsən hə. Amma biz hər kəsin qarşısındayıq".
Qeyd edək ki, iki sənətçi 8 Mart Beynəlxalq Qadınlar günündəki səhnəsindən səmimi görüntülər yayılıb. Belə ki, kadrlarda Niyamın Aynuru dodağından öpməsi yer alıb.