Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İsraili sanksiyalara qoşulmağa çağırdı

ABŞ İsraili sanksiyalara qoşulmağa çağırdı

Tarix: 12 Mart 2022 18:32

İsrail hökuməti Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmalı və bu ölkənin oliqarxlarına qadağalar qoymalıdır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland İsrail mediasına açıqlamasında deyib.

"İsrail nə etsə, ukraynalılar alqışlayacaqlar. Eyni zamanda, Ukraynaya dəstək verən beynəlxalq koalisiya da bunu məmnuniyyətlə qarşılayacaq. Dünyanın bütün demokratik dövlətlərini Putinə tətbiq edilən ixrac məhdudiyyətləri və maliyyə sanksiyalarında ABŞ-a qoşulmağa çağırırıq. Rusiya iqtisadiyyatına zərbə vurmalıyıq. Onların ehtiyac duyduğu gəlirin qarşısını almalıyıq. Buna görə də biz bütün ölkələr kimi İsraili də ABŞ-a qoşulmağa çağırırıq", - Nuland bildirib.


Etiketlər:  ABŞ İsraili sanksiyalara qoşulmağa çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ