Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 22:22
Səudiyyə Ərəbistanında son onilliklərin ən böyük kütləvi edamını həyata keçirilib.
Sonxeber.net lent.az-a istinadın bildirir ki, bu zaman 81 nəfərin başı kəsilib.
Məlumatda qeyd edilir ki, edam edilənlər müxtəlif cinayətlərdə, o cümlədən adam öldürməkdə, "Əl-Qaidə" və "İraq Şam İslam Dövləti" terror təşkilatlarına mənsub olmaqda, həmçinin "Ənsar Allah" hərəkatının (husilər) yəmənli üsyançılarına yardım etməkdə təqsirli biliniblər.Martın 12-də edam edilən cinayətkarların sayı 1980-ci ildəki kütləvi edamı ötüb. O zaman hakimiyyət 1979-cu ildə Məkkə şəhərindəki ən böyük məsciddə insanları girov götürən 63 silahlını edam edib.