Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyənəklər

Döyənəklər

Tarix: 12 Mart 2022 22:48

Döyənək dərinin müəyyən hissəsinə uzun müddət toxunulma nəticəsində əmələ gələn bərkimiş dəri təbəqəsidir.
Qədim tibbi kitablardan, nənələrimizin bizə verdiyi məlumatlara əsaslanaraq döyənəklərdən təbii yolla azad olmağın bir neçə üsulunu sizlərə çatdırmaq istəyirəm:
1. Soğanı soyub tən ortadan bölürsən, şüşə qabın içərisinə qoyub, üzərinə yarım çay qaşığı sirkə töküb bir gün saxlayırsan. Sonra soğanı oradan götürüb qabda əmələ gələn məhluldan azca döyənəyin üstünə sürtürüb bağlayırsan. Bu prosesi bir neçə dəfə etsəniz döyənəklər tamamilə yox olacaqlar.
2.  Ayaqları isti suda vanna edib yaxşıca qurudursan. Sonra ənciri ortadan bölüb döyənəyin üzərinə qoyub bağlayırsan və bu prosesi bir neçə dəfə eləmək lazımdır.
3.  Döyənək ağrısını götürmək üçün isti suya marqanes əlavə edib
üzərinə duz tökün .
4. Arı mumunu donuz piyi ilə qarışdırıb maz şəklində döyənəyin
üstünə qoyub bağlayırsan. Prosedur bir neçə dəfə təkrarlanır, sonra tam yumşaldığında həmin hissəni təmizləmək asan olur.
5. Qara gavalının çərdəyini çıxarıb süddə qaynadırsan. ( 1 gavalı və onu 10 dəqiqə qaynadacaq qədər süd) Sonra gavalını qaynar-qaynar döyənəyin üzərinə qoyub bağlayırsan . Gavalı quruyanda bu proseduru yeniləyirsən, o vaxta qədər ki, döyənək ərisin.
6. Toyuğun yumurtasını qabıqlı halda şüşə qaba qoyub üzərini örtcək qədər 80% lik sirkə məhlulu tökün. 8 gün üstü qapalı şəkildə qaldıqdan sonra alınan mazı döyənəyin üzərinə çəkin və leykoplastırla bağlayın. Bir neçə prosedurdan sonra döyənək tamamilə əriyib itəcək.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR TƏBİİ BİTKİLƏRDƏN HAZIRLANIR.

Milli.Az


Etiketlər:  Döyənəklər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ