Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mariupol tam blokadadadır'' - Zelenski

''Mariupol tam blokadadadır'' - Zelenski

Tarix: 12 Mart 2022 23:56

"Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə görə, şəhər gecə-gündüz atəşə tutulur.

"Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?", - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası və universitetlər dağıdılıb.


Etiketlər:  Mariupol blokadadadır Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ