Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 09:26
Böyük Britaniya hökuməti "Ukrayna üçün evlər" proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.
Həmçinin bu gündən ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirmək üçün internet saytı fəaliyyətə başlayacaq.