Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya yalnız bir ölkədə dayana bilməz''

''Rusiya yalnız bir ölkədə dayana bilməz''

Tarix: 13 Mart 2022 11:38

Zelenski Rusiyanın Qərbə qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edibVolodimir Zelenski
Şənbə günü - martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Razılaşdırılan bütün humanitar dəhlizlər işləyib. Biz bu gün (dünən-red) 12 729 nəfəri çıxara bildik. Mariupol üçün humanitar yük sabah (bazar günü - red.) günorta olmalıdır. Marşrutun mürəkkəbliyinə görə Berdyanskda gecələmək lazım gəldi", - Prezident deyib.

Zelenski həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət Ukraynaya böyük dəstək və yardım göstərməlidir, çünki Rusiyanın müharibəsi təkcə Kiyevə qarşı deyil, həm də digər Avropa güclərinə qarşı yönəlib.

"Daim, hər dəfə dostlarımıza və xarici tərəfdaşlarımıza təkrar edirəm ki, onlar dövlətimiz, Ukrayna, xalq, insanlar üçün daha çox iş görsünlər. Çünki bu, təkcə Ukrayna üçün deyil, bu, Avropada sizin hamınız üçündür. Dinc şəhərləri qəsdən bombalayan şər, hətta təcili yardım maşınlarına da atəş açıb xəstəxanaları uçuran bəla - yalnız bir ölkədə dayana bilməz" - Prezident vurğulayıb.


Etiketlər:  Rusiya yalnız ölkədə dayana bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ