Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 14:25
Amerikalı pop müğənnisi Madonna fotoşopu ilə diqqət çəkib və görünüşündəki dəyişikliklər pərəstişkarlarının çaşqınlığına səbəb olub. Onun Instagram hesabında yeni nəşr və istifadəçi şərhləri peyda olub. Kadrlarda 63 yaşlı məşhur görünüşünü qalın çərçivəli eynəklər, dəri əlcəklər (barmaqsız əlcəklər), Louis Vuitton çantası və çoxlu qızıl bilərziklərlə bəzədib. Müğənninin üzündəki fotoşop fanatların diqqətini çəkib. Bəziləri onu yeniyetmə kimi zənn edib, digərləri isə Kardaşyan ailəsindən olan televiziya ulduzlarını təqlid etdiyinə görə qınayıblar.
"Belə güclü fotoşopla 16 yaşlı məktəbli qıza oxşayırsan!", ""Niyə özünü Kardaşyana bənzətməyə çalışırsan", "Bu şəkildə mən yalnız Kim Kardaşyanı görürəm", "Madonna, sən ikonasan" - yazıblar.
Anar Əli