Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 mərtəbəli binaya mərmi düşdü, yanğın baş verdi - VİDEO - FOTO

9 mərtəbəli binaya mərmi düşdü, yanğın baş verdi - VİDEO - FOTO

Tarix: 14 Mart 2022 12:02

Kiyevin şimalında yerləşən Obolonda mərmi ilə vurulma nəticəsində doqquzmərtəbəli ev yanıb.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti Facebook-da məlumat yayıb.

Qeyd olunur ki, səhər saat 5:09-da Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyev üzrə Baş İdarəsinin əməliyyat əlaqələndirmə mərkəzinə paytaxtın Obolonski rayonunda baş verən yanğın barədə məlumat daxil olub.

1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pilləkən qismən və evin fasadı tamamilə yararsız hala düşüb, 3-cü və 4-cü mərtəbələrdəki mənzillərdə də yanğın baş verib.

Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 9 ədəd əsas və xüsusi yanğın-xilasetmə texnikası, o cümlədən 35 nəfər cəlb olunub.

Saat 07:04-ə olan məlumata görə, doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın 500 kv.m sahədə lokallaşdırılıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 4 nəfər xilas edilib, axtarışlar davam edir.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Aslan Məmmədov


Etiketlər:  mərtəbəli binaya mərmi düşdü yanğın baş verdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ