Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Çindən yardım istədi - ABŞ həyəcanlandı

Rusiya Çindən yardım istədi - ABŞ həyəcanlandı

Tarix: 14 Mart 2022 14:08

Rusiya Ukraynada başlatdığı əməliyyata dəstək üçün Çindən hərbi texnika istəyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

Məlumata görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə Çinə sərt şəkildə xəbərdarlıq edəcək:

"Çinə bildiriləcək ki, Rusiya işğalına dəstək və ya Qərb sanksiyalarından yayınmağa kömək etmək cəhdinin nəticələri olacaq. Ağ Ev qorxur ki, bu addım Pekin və Moskva arasında daha sıx əlaqələrə işarədir".

Qeyd olunur ki, Çinin Rusiyaya müsbət cavabı Qərbin Ukraynaya kömək etmək səylərini sarsıda bilər.


Etiketlər:  Rusiya Çindən yardım istədi ABŞ həyəcanlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ