Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 16:48
Məhsul bol olsa da, satışı sərf etmir. Sabirabadlı fermerlər satdıqları məhsulun çox ucuz alınmasından şikayətçidirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Əliniyaz Həsənov Sabirabad rayonunun Əsədli kənd sakinidir.
Deyir ki, illərdir qış aylarında dolanışığını tərəvəz əkib-becərməklə təmin edir. Bu il də 20 sot sahədə müxtəlif tərəvəz məhsulları yetişdirib. Sentyabr ayında əkini aparılan göyərtinin noyabr ayından yığımı başlayıb və mart ayına qədər aparılacaq. Bu il əkdiyi məhsuldan istədiyi nəticəni əldə edib, satış qiyməti onu qane etmir.
Tərəvəz Sabirabadın bir çox kəndlərində, eləcə də Əsədliyə qonuş olan kəndlərdə də əkilir. Əsasən pay torpaqlarında becərilir. Tələbatı böyük olan məhsul əsasən yerli bazara çıxarılır. Alıcı qüvvəsi də var. Amma topdansatış qiyməti təsərrüfat sahiblərini razı salmır. Onlar bildirir ki, hazırkı qiymət çəkilən zəhməti qarşılamır.
Kənd sakinlərindən ucuz qiymətə alınan keşniş, şüyüd, vəzəri, göy soğan və ispanaqdır. Turpun qiyməti isə bunlardan bir qədər fərqlidir.
Təsərrüfat sahibləri həmçinin onu da bildirir ki, bu il məhsuldarlıq yaxşıdır. Qiymətin ucuz olması isə bolluqla əlaqələndirilir. Amma məhsul kənar rayonlarda, eləcə də Bakı şəhərində sahədə satılan qiymətdən iki dəfə baha qiymətə təklif edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: