Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 17:30
Qida məhsullarının etiketleri üzərində aldadıcı məlumatların yazılması qadağan olunub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov bildirib ki, "Qida təhlükəsizliyi haqqında" qanuna istehlakçıların aldadılmaması üçün müəyyən əlavələr edilib.
Onun sözlərinə görə, aparılan müşahidələr zamanı istehlak bazarında bununla bağlı neqativ hallar aşkarlanıb. Aparat rəhbəri qeyd edib ki, qida məhsulları üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması və onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Elxan Mikayılov deyib ki, eyni xassəli məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla istehlakçılarda yanlış fikrlər formalaşdırılır. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən həm də eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
AQTA rəsmisi əlavə edib ki, yeni qaydaların tətbiqi istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: