Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müğənni ailə qurandan sonra səhnədən getməlidir''

''Müğənni ailə qurandan sonra səhnədən getməlidir''

Tarix: 14 Mart 2022 18:40

"Sənət aləmində olan müğənni istəməzdim ailə qursun. Müğənni ailə qurandan sonra "sönür". Bu gün bir çox müğənnimiz sönüb. Sevda Sanəliyevanın da misal çəkə bilərəm. 2000-ci illərin əvvəlində etdiyi layihələr, kliplər indi yoxdur. Zamanında ən məşhur rejissorlara kliplər çəkdirib".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov "Deməsəm olmaz" verilişində deyib. O, sənət adamlarının ailə qurduqdan sonra səhnədən getməsinə üstünlük verdiyini deyib:

"Sevda Sanəliyeva vaxtında Nailə və Hikmət Mirməmmədlidən mahnılar alırdı. İndi isə Sevda Sanəliyeva adı qalıb. Bir çoxu var ailə qurandan sonra ulduzları sönüb. 

Bilirəm ki, bir bəyin tanınmış xanımla ailə qurması asan deyil. Yanında tanınmış xanımla gəzmək çətindir. Bir xanım səhnədə ulduzdur, yanındakı bəy isə xanımı kimi qəbul edir. Bir müğənni zirvədədirsə, ailə qurandan sonra düşəcək. Ailə quranda sənətdən getsin, tamaşaçı yaddaşında elə zirvədə qalsın. Səhnə və ev xanımı ayrı-ayrı fikirdi. Səhnədə müğənni rəngarəng olmalıdı, parıldamalıdır".


Etiketlər:  Müğənni ailə qurandan sonra səhnədən getməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ