Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 14:06
20-yə yaxın Ukrayna xalq deputatı hazırda xaricdədir.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko telekanalların birgə efirində bildirib.
"Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm... 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur, - Korniyenko bildirib.
O əlavə edib ki, 9 xalq deputatı Avropa Şurasında ezamiyyətdədir.
Qaçaq xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur. Xidmət onlarla kollaborantlar haqqında qanun qüvvəyə minən kimi məşğul olacaq.
Bundan əvvəl Radanın sədri Ruslan Stefançuk Ukrayna ərazisini tərk edən xalq deputatlarının satqın hesab ediləcəyini bildirib.
Aslan Məmmədov