Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 15:50
Rusiyalı rejissor və prodüser Timur Bekmambetov Ukraynada baş verənləri böyük fəlakət və faciə adlandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, "Deadline" nəşrinə müsahibəsində deyib.
Rejissor hazırda İsraildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatının rəqəmsal dünyada necə əks olunduğunu təhlil edəcək "DWW1" adlı sənədli filmi çəkməyə hazırlaşır. Timur yeni layihəsində Sovet qoşunlarının bu ölkəyə köçürülməsindən bəhs edən "Əfqanıstandan qaçış" adlı ilk bədii filmindən ilhamlanacaq.
"Bu, yaşadığımız dünyadır və onun bir gecədə dağıldığını görmək ürək ağrıdır" - deyə, rejissor bildirib.
O, ekran işində rəqəmsal platformalarda saxta materialların necə yayıldığını, sosial mediada qütbləşmə, zorakılıq, nifrət, dezinformasiya ilə necə mübarizə aparmaq, rəsmi məlumatlara çıxışı necə təmin etmək barədə üsulları real hekayələr əsasında təqdim edəcəklərini qeyd edib.
Rejissor onu da vurğulayıb ki, beynəlxalq kino ictimaiyyətinin münaqişəyə reaksiyasını "emosional, səmimi və əsaslı" hesab edir:
"İndi ümumiyyətlə festivallar üçün uyğun vaxt deyil: Ukraynada qan tökülərkən, Avropa festivallarında qanlı qırmızı xalçalar dəhşətli məna kəsb edir".
Bu maqamda xatırladaq ki, "Kann" və "Venesiya" kinofestivallarında Rusiyanın iştirakı qadağan edilib.
Qeyd edək ki, Timur "Gecə gözətçisi", "Gündüz nəzarəti", "Milad ağacları" kimi filmləri ilə tanınır. O, Tatarıstanın Prezidentinin köməkçisi Nataliya Fişmanla evlidir.