Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 17:56
İsmayıllı rayonunun Çəmənli kəndindən keçən su kanalından gündə bir neçə saat köpük axır. Ona görə də kənd sakinləri sudan istifadə edə bilmirlər. Göyçay çayından ayrılan kanalın suyunun niyə köpüklü olması hər kəsi düşündürür. Bunun nədən qaynaqlandığını araşdırmaq üçün sudan nümunə götürülüb
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, həm içdikləri, həm də təsərrüfatda istifadə etdikləri su çox köpüklüdür.
İsmayıllı rayonunun Çəmənli kəndindən keçən kanaldakı suyun köpüklü olması insanları narahat edir. Sakinlər belə vəziyyətin 2 həftədən çoxdur ki, davam etdiyini deyirlər.
Sakinlər ehtiyat etdiklərindən içməli suyu qonşu kəndlərdən daşıyırlar.
Kəndin icra nüməyəndəsi Təbriz Eminov bildirib ki, bu barədə aidiyyəti qurumlara məlumat verilib.
Bildirilib ki, sudakı köpükdən numunələr götürülüb və aidiyəti orqanlara göndərilib. Nəticə bəlli olduqdan sonra müvafiq addım atılacaq.