Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 17:58
Hazırda Ukrayna xalqı NATO-ya deyil, beynəlxalq tərəfdaşlarının dəstəyinə arxalanır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib.
O əlavə edib ki, Böyük Britaniya və digər ölkələrin göndərdiyi silah-sursat sürətlə istifadə edilir və kifayət deyil.
"Biz həftəlik əldə etdiyimiz miqdarı adətən 20 saat ərzində istifadə edirik", - deyə Prezident bildirib.
Zelenski vurğulayıb ki, bu çatışmazlıq səbəbi ilə ələ keçirilmiş Rusiya hərbi texnikaları və Sovet dövründən qalma köhnə vasitələr xidmətə daxil edilir.
Görüş zamanı Zelenski Qərbin sanksiyalarını alqışladığını, lakin onların Rusiyanı dayandırmaq üçün kifayət etmədiyini, tam embarqoya ehtiyac duyulduğunu vurğulayıb.
O, Rusiya ilə biznes əlaqələrinə davam edən firmaları tənqid edib, Rusiya gəmilərinin bütün dünyada limanlara girişinin qadağan edilməsinə, Rusiyanın bütün banklarının "SWIFT" sistemindən çıxarılmasına çağırıb.