Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni qeyd ediblər

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni  qeyd ediblər

Tarix: 15 Mart 2022 22:32

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni Şəhidlər Xiyabanında qeyd ediblər.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, onlar əvvəlcə rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyuyan qəhrəman Azərbaycan övladlarının məzarını ziyarət ediblər. Daha sonra xiyabanın ərazisində rəmzi tonqal qalayaraq bayramı qeyd ediblər.

Toplantıda şəhid ailələri ilə yanaşı vətən müharibəsi qaziləri və rayon sakinləri də iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini hər zaman ehtiramla anacaqlarını bildiriblər.


Etiketlər:  Ağdamda şəhid ailələri ilaxır çərşənbəni qeyd ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ