Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotikin təsiri altında taksi idarə edən sürücü saxlanılıb - FOTO

Narkotikin təsiri altında taksi idarə edən sürücü saxlanılıb - FOTO

Tarix: 16 Mart 2022 12:38

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edə şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. R.Qasımbəyov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az


Etiketlər:  Narkotikin təsiri altında taksi idarə edən sürücü saxlanılıb FOTO


RƏYLƏR