Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidentə müraciət edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidentə müraciət edib

Tarix: 16 Mart 2022 18:54

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət edib.

Sonxeber.net bu barədə Mərkəzə istinadən bildirir.

"Biz sizin Rusiya və Ukrayna nümayəndələrini sülh danışıqlarının keçirilməsi üçün qəbul etmək təklifinizi qiymətləndiririk. Bakı bu cür müzakirələr üçün neytral məkandır və artıq hərbi insidentlərin qarşısının alınması üçün Rusiya və NATO nümayəndələrinin görüşünü qəbul edib. Biz ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı Avropanın İkinci Dünya müharibəsindən bəri üzləşdiyi ən böyük təhlükəsizlik böhranının tənzimlənməsində mühüm rol oynayacaq", - məktubda deyilir.

Həmçinin, qeyd olunur ki, bu ağır humanitar böhranı dayandırmaq üçün bütün mümkün kanallardan istifadə etmək lazımdır.

"Biz artıq bunun dünyaya potensial faciəvi təsirini görürük, belə ki, İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın böhranı yaranır, eləcə də qlobal ərzaq təhlükəsizliyinə, qlobal enerji təchizatının stabilliyinə təhdidlər artır. Biz Ukrayna daxilində həyata çox ciddi təsirlər, mülki əhali arasında həlak olanlar və yaralananları, məcburi köçkünlərin artan sayını və aparıcı infrastrukturun, evlər və tibb müəssisələrinin dağılmasını görürük. Döyüşlər və artilleya zərbələri atom elektrik stansiyalarının yaxınlığında gedir ki, bu da böyük narahatlıq doğurur", - məktubda vurğulanır.

Bildirilir ki, münaqişənin fəsadları ümumilikdə bütün dünya və xüsusilə, hər iki tərəfdən zərərçəkənlər üçün çox ciddidir.

"Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Rusiya ilə Ukrayna arasında nəticəyə yönəlmiş təcili dialoqa, hərbi əməliyyatların da dayandırılmasına çağırırıq. Vaxt əhəmiyyət kəsb edir. Həddən çox həyat itirilir. Həddən çox uşaq, qadın və digər günahsız insanlar evlərini tərk edir. Bu dəhşətli vəziyyət davam edə bilməz", - məktubda deyilir.


Etiketlər:  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidentə müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ