Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Postsovet ''oğru''ları barışır: ''Biz qardaşıq''

Postsovet ''oğru''ları barışır: ''Biz qardaşıq''

Tarix: 16 Mart 2022 18:56

Keçmiş SSRİ məkanındakı bütün "qanuni oğru"lar ədavətə son qoymaq qərarına gəliblər.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müxtəlif "oğru" klanlarının nümayəndələri əvvəl Antalyada, sonra İstanbulda görüşüblər. Tədbirdə "Merab Suxumski" kimi tanınan avtoritet Merab Canqlevazde və "Taro" ləqəbli avtoritet Taryel Oniani iştirak ediblər.

Onlar bir qədər əvvəl Rusiya kriminalının xaç atası "Şokro Molodoy"un müraciətini dəstəkləmək qərarına gəliblər.

Xatırladaq ki, "Şokro Molodoy" həbsxanadan "oğru aləmi"nə etdiyi müraciətdə "oğru aləmi"nin "kollabs" (ölü) vəziyyətdə olduğunu bildirmişdi:

"Onun vəziyyəti heç də ürəkaçan deyil. Bundan xilas yolu isə düşmənçiliyə və qarşılıqlı təhqirlərə son qoymaq, "qanuni oğru"lar arasında sülhə nail olmaqdır. Biz qardaşıq".


Etiketlər:  Postsovet oğruları barışır qardaşıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ