Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 08:00
Qomel vilayətinin xəstəxanalarında yaralı rus əsgərlərinin müalicəsini davam etdirilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, onları Ukraynadan həm quru, həm də hava yolu ilə Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirirlər. Rus əsgərlərinin cəsədləri isə qatarlar və təyyarələrlə Rusiyaya yola salınır.
"Mozır xəstəxanasında o qədər çox yaralı rus var - bu, sadəcə olaraq dəhşətdir. Onların iniltilərini bütün xəstəxanada eşitmək mümkündür", - mənbə "Azadlıq" radiosunun Belarus xidmətinə bildirib.
"Bazar günü təkcə Mozırda yüzə yaxın rusiyalı əməliyyat olunub. Artıq bazar ertəsi xəstəxanaya daha çox yaralı gətirilib. Bütün həkimlər, o cümlədən ümumi praktikantlar, otorinolarinqoloqlar müalicəyə, cərrahi əməliyyatlara cəlb olunublar. Düzdür, yerli sakinlərə də yardım göstərilir, lakin tezliklə bununla bağlı problemlər yarana bilər", - Mozırda tibb dairələrindəki mənbə jurnalistlərə bildirib.
Mənbələrin bildirdiyinə görə, birbaşa Rusiya hərbi həkimlərindən heç bir məlumat yoxdur. Hətta tibb bacıları da məlumatların açıqlanmaması haqqında müqavilə imzalayıblar: onlar işlərini itirməkdən qorxurlar.
Bu arada Narovlyada tam hüquqlu səhra hospitalı yaradılıb.
Başqa bir mənbə bildirib ki, ötən həftənin sonuna olan məlumata görə, Qomel vilayəti ərazisindən Rusiyaya qatar və təyyarələrlə 2500-dən çox meyit aparılıb.