Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Putin Ukraynanı fəth edə bilməyəcək, geri çəkilməlidir”

“Putin Ukraynanı fəth edə bilməyəcək, geri çəkilməlidir”

Tarix: 17 Mart 2022 08:44

"Uzun illər Qərbin Rusiya Prezidenti Vladimir Putinin yaratdığı təhlükəni anlamamasının bədəlini Ukrayna indi ödəyir".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi artıq uğursuz olub, çünki Putin Ukraynadakı müqavimətin gücünü lazımınca qiymətləndirməyib. İndi də Kreml rəhbəri  hərbi cinayətlər törədir:

"O, Ukraynanı məğlub, fəth edə bilməyəcək. Çünki onlar prinsipial olaraq göstərdilər ki, ukraynalılarda ruh var. Putin geri çəkilməlidir. Bu işi bağlamalıdır. Tanklarını, zirehli texnikalarını geri çəkməlidir. Bu qərar Ukrayna xalqının iradəsinə hörmət edəcək".


Etiketlər:  Putin Ukraynanı fəth edə bilməyəcək geri çəkilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ