Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 01:00
"Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə olaraq rəqibimiz Xorvatiya idi".
Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Cavid Hüseynov Avro-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə heç-heçədən (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandamızın qələbə qazanmaq imkanının da oduğunu bildirib: "Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi. Rəqib də səfər oyunundan gəlmişdi. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik. Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq".
Hüseynov seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: "Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar.
Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq, min bərəkət (gülür)".