Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 13:45
"Şəhriyarla reklam kastinqində tanış olmuşuq. O, "Qəfəs" şousundan çıxmışdı, tanınırdı, mən isə yox. İkimiz də seçildi. 2008-ci ildən dostluğumuz başladı. Bir çox yerdə eyni səhnəni bölüşdük. 2017-ci ildə "Lal yuxu" serialı çəkdik, ikimiz də baş qəhrəman idik. Dost kimi bir-birimizi başa düşürük. Orada sevgili obrazını oynayırdıq. Orada çox böyük sevgini yaşadıq. Şəhriyara da ordan keçdi bu hiss".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "10-da görüşək" proqramında deyib. Sənətçi həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla evliliyindən danışıb:
"Efirdə bunu deyəcəyini bilmirdim. İstəyirdik açıqlayaq... Bir ata kimi Şəhriyarı başa düşürəm. Hər kəs öz oğluyla foto paylaşırdı. Şəhriyar da qalırdı ki, niyə edə bilmirəm? İstəyirdik Osman müəyyən yaşa çatsın, açıqlayaq. İstədik uşaq dil açsın, danışsın, sonra açıqlayaq. Həm də uşaq elə təmizdir ki, ananın belə gözü dəyə bilər".
Qeyd edək ki, Oksana və Şəhriyar cütlüyünün Osman adlı oğlu var.