Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael və Sədaqət Dadaşovanın arxiv FOTOlarını yaydı

Rafael və Sədaqət Dadaşovanın arxiv FOTOlarını yaydı

Tarix: 17 Mart 2022 14:25

Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu Rafael Dadaşovun və bacısı Sədaqətin evli olarkən çəkilən fotolarını paylaşıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni aktyorun ölüm ildönümü ilə əlaqədar bu görüntüləri yayımladığını vuröulayıb.

Şəkillərdə Rafael və Sədaqət cütlüyünün oğlu Emil, qızı Nigar yer alıb. Diqqət çəkən məqam isə B.Dadaşovanın Rafael Dadaşovun digər qızı Səidə Dadaşovanın fotosunu yerləşdirməməsi olub. 

Qeyd edək ki, Səidə ilə Brilliant Dadaşova küsülüdür. Onlar dəfələrlə bir-birinin ünvanına qalmaqallı sözlər deyiblər. Rafael Dadaşov və Sədaqət Dadaşova ayrılıb. S.Dadaşova başqa bir bəylə eşq yaşayıb, onun bu münasibətdən bir övladı dünyaya gəlib. Aktrisa kimi fəaliyyət göstərən Sədaqət bir müddət Türkiyədə yayımlanan evlilik proqramına qatılıb və bunla gündəmə gəlmişdi. Hazırda Sədaqətlə qızı Səidə də danışmır. 

Milli.Az


Etiketlər:  Rafael Sədaqət Dadaşovanın arxiv FOTOlarını yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ