Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda kişi meyiti aşkarlanıb

Yasamalda kişi meyiti aşkarlanıb

Tarix: 17 Mart 2022 23:28

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Nəcəfov Əli Aydın oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Etiketlər:  Yasamalda kişi meyiti aşkarlanıb


RƏYLƏR