Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 07:48
Fransa Prezidenti Emmanuel Makron həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə "Noticiasaominuto" məlumat yayıb.
Lakin Fransa Prezidenti vurğulayıb ki, bu səfərin əsas şərti onun faydasız olmamasıdır.
"Fevral ayında bu, Moskvaya və Kiyevə gedəndə oynamağa "kart"ım olduğunu və hələ də bir ehtimalın olduğunu düşündüyüm üçün idi", - Fransa lideri deyib.
Makron bildirib ki, danışıqları davam etdirir. Lakin nəzərəçarpacaq bir şey kristallaşana qədər (Rusiya Federasiyası ilə danışıqlarda - red.) (Kiyevə getmək - red.)" əbəs olardı.