Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 18:12
Şimali Atlantika Alyansı Rusiya-NATO Təsis Aktına əməl etməyə davam edir və ona uyğun olaraq şərq cinahını gücləndirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Biz, NATO ölkələri, keçmişdə hər dəqiqə Rusiya-NATO Təsis Aktını açıq-aydın və dəqiq şəkildə dəstəkləmişik və indi də dəstəkləməyə davam edirik", - deyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri şərq cinahda təhlükəsizliyin gücləndirilməsi üçün zəmin yaradıb və bu, tamamilə akta uyğun olaraq baş verir.