Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 21:32
Sumıda lak-boya məmulatları olan anbarda artilleriya atəşi nəticəsində yanğın baş verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilir ki, yanğın 6000 kvadratmetrdən çox ərazini əhatə edib.
"Martın 18-də saat 16:00 radələrində atəşə tutulma nəticəsində 6000 m2-dən çox sahədə boya və lak məmulatları olan birmərtəbəli anbar binası yanıb. Xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün Dövlət Fövqəladə Hallar Xidmətindən 20 nəfər və 4 texnika cəlb olunub", - deyə məlumatda qeyd edilir.