Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 08:21
İtaliya hakimiyyəti rusiyalı milyarder Aleksey Mordaşovun daşınmaz əmlakını müsadirə edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, İtaliya hüquq-mühafizə orqanları rusiyalı milyonçunun Sardiniyanın Olbiya şəhərindəki daşınmaz əmlak yaşayış kompleksini ələ keçirib. Mülk təxminən 105 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, iş adamı Aleksey Mordaşov "Severstal" şirkətinin direktorlar şurasının rəhbəri və baş icraçı direktoru, "Severgroup"un baş direktoru, "PJSC Power Machines" Direktorlar Şurasının rəhbəri, "Nord Gold NV" Direktorlar Şurasının üzvü və İdarə Heyətinin sədridir. Bundan əlavə, o, Almaniyanın "TUI Group" turizm şirkətinin 32%-nə sahibdir.
Mordaşov milyonlarını Rusiyanın polad istehsalçısı "Severstal"da qazanıb. Onun bütün ailəsinin aktivlərini nəzərə alan "Forbes" hesab edir ki, Mordaşovun sərvəti sanksiyalar tətbiq olunana qədər 29,1 milyard dollar dəyərində qiymətləndirilib və bu, onu Rusiyanın ən varlı adamı edib.
Xatırladaq ki, Aleksey Mordaşov Ukraynadakı müharibəyə görə Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Martın 5-də İtaliya hakimiyyəti onun 65 milyon avro dəyərində olan "Lady M" yaxtasını da müsadirə etmişdi.