Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə məktəblilər ağaca asılı halda tapıldı - FOTO

Türkiyədə məktəblilər ağaca asılı halda tapıldı - FOTO

Tarix: 19 Mart 2022 09:16

Türkiyənin Karabük vilayətində 15 yaşlı məktəb şagirdləri - Oğuzhan U. və Ömər Yusif  U. ağacdan asılı halda tapılıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, səhər məktəbə getməyən uşaqlardan sinif yoldaşlarına lokasiya mesajı gəlib. Həmin yerə gedən məktəblilər yeniyetmələrin təpəlikdə asıldığını görüblər. Gördükləri mənzərədən dəhşətə gələn uşaqlar dərhal polisə xəbər veriblər.

Meyitlərin yaxınlığında A4 vərəqinə yazılmış "telefonlarınıza baxın" qeydi olub.  Eni zamanda, onlardan birinin intihar mesajı da üzə çıxıb. Ömər Yusif U. qız dostuna yazdığı mesajda Oğuzhan ilə birlikdə intihar edəcəyini və öləcəyi üçün xoşbəxt olacağını yazıb: "Öldüyüm üçün qəti üzülmə. Çünki mən öləcəyim üçün, bu həyatdan qurtulduğum üçün çox xoşbəxtəm".

Faktla bağlı araşdırma başlayıb.


Etiketlər:  Türkiyədə məktəblilər ağaca asılı halda tapıldı FOTO


RƏYLƏR