Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 13:44
Luqansk vilayətində humanitar dəhliz razılaşdırılıb.
Sonxeber.net bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qaydaya istinadən Facebook-da paylaşılan məlumatda deyilir.
"Ruslar şəhərlərimizi xaotik nizamsız atəşə tutmaqda davam edir. Ancaq biz səhər saat 9-u gözləyirik ki, bölgə sakinlərinin təxliyəsinə başlayaq, onlara ərzaq, su və dərman gətirmək üçün "sükut rejimi" yaradılmalıdır. Humanitar dəhliz yüksək səviyyədə razılaşdırılıb. Ümid edirəm ki, ruslar tərəfindən razılaşmalara əməl olunacaq", - Qayday bildirib.
O əlavə edib ki, Severodonetsk, Rubejnoye, Popasnaya, Lisiçanskdan avtobuslarla təxliyə gözlənilir. Saat 14:00 radələrində Novozolotarevkadan evakuasiya qatarı olacaq.
Eyni zamanda, Luqansk vilayəti hərbi-mülki administrasiyasının Teleqram kanalının məlumatına görə, düşmənin Luqansk vilayətini atəşə tutması nəticəsində bir sutka ərzində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.
"23 yaşayış məntəqəsi tam, 7-si qismən, ümumilikdə 35 minə yaxın abonent qazsız qalıb. 38 yaşayış məntəqəsi - 26-sı tam, 12-si isə qismən enerjisiz qalıb. 103 490 istehlakçı işıqsız qalıb. İstilik və su təchizatında vəziyyət dəyişməz olaraq qalır", - məlumatda bildirilir.
Aslan Məmmədov