Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 16:50
Məşhur cütlük Nagehan Abdullayeva və Fərid Abdullayevin adından dələduzluq edilib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə Nagehan özü məlumat verib.
O bildirib ki, həyat yoldaşı Fəridlə birgə fotolarından icazəsiz istifadə olunub və insanlar aldadılıb:
"Artıq bəsdir! "Giveaway" dələduzları bitdi, indi də bunlar başladı. Xahiş edirəm, qarşısı alınsın. Belə şey olar? İzləyicilərim, niyə inanırsınız onlara? Dəfələrlər demişəm ki, inanmayın. Sizə gələn heç bir mesaja, fotomuzdan istifadə edən bu adama inanmayın. Sonra yazırsız ki, sizə güvəndim. Mənim günahım nədir? Bundan sonra buna görə mənə artıq-əskik yazan hər kəsi polisə şikayət edəcəm. Günahım olmadığı halda, təhqir eşitməliyəm?".