Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 17:38
Türkiyəli müğənni Seda Sayan nişanlısı Çağlar Öktəni keçmiş sevgilisindən ayırmasıyla bağlı xəbərlərə münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "2 sayfa" verilişinə zəng edərək "O qızdan ayrılsan sənin üçün albom hazırladacağam" başlığıyla yazılan xəbərlərin yalan olduğunu bildirib:
"Bu həm mənə, həm də Çağlara musiqiçi kimi təhqirdir. Onu tanımırsınız, çox yaxşı musiqiçi eyni zamanda müəllimdir. Albomu isə mən yalnız Çağlar üçün yox, Safiye Soyman, Esra Özmənə də hazırladıram. Hazırda subay, 5 il öncə boşanmış, 11 yaşında övladı olan bir kişi ilə evlənirəm".
Qeyd edək ki, Çağlar Öktəkin 4 illik sevgilisi Lara Şehiroğluyla Seda Sayanın istəyiylə ayrıldığı deyilirdi. Müğənni və Çağlar mayda nikah masasına əyləşəcək.