Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 20:40
Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və digərləri kassasiya şikayəti verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, C.Hacıyev və digərləri 2015-ci ildə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay, D.XəIilov 14 il 6 ay, İ.Hidəyətzadəyə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apellyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə C.Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılan qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.