Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 22:36
Şahdamar olaraq tanıdığımız karotis arteriya (yuxu arteriyası) darlıqları həyati təhlükə daşıyan ciddi sağlamlıq problemləridir. Əsasən 50 yaş üstü, şəkər xəstəliyi və yüksək təzyiqi olan, siqaret çəkən şəxslərdə rastlanır. Əsas əlamətləri üzdə və qolda keyimə, başgicəllənmə, nitqin, eşitmə qabiliyyətinin və başa düşmənin pozulmasıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin şahdamar tıxanıqlığına vaxtında müdaxilənin mütləq olduğunu bildirib.
Belə ki:
- Vaxtında müdaxilə olunmadıqda riskli beyin fəsadlarına səbəb ola bilər;
- Darlıq dərəcəsindən asılı olaraq iflic riski yüksəkdir;
- Darlıq olan bölgələrdə asanlıqla qan laxtaları əmələ gələ bilər;
- Damar tıxana bilər;
- Qan laxtası beynin içindəki daha kiçik bir damarı tıxayaraq ölümə səbəb ola bilər.
Həkim qeyd edib ki, erkən diaqnoz və müalicə (cərrahi və ya stent) fəsadların qarşısının alınması üçün vacibdir:
"Karotis darlıqlarının endarterektomiya əməliyyatı ilə qarşısı almaq olar. Endarterektomi əməliyyatı iflic təhlükəsinə səbəb ola biləcək qədər irəli dərəcədə darlıq varsa, bu prosedur xəstədə keçici yaxud qalıcı iflic, korluq, danışıqda problemlərə səbəb olduğu zaman həyata keçirilir".