Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 09:20
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsinə sığınacaq təklif etdiyini bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Sunday Times qəzeti məlumat yayıb.
"Biz bu məsələni çoxdan müzakirə etmişik. Deməliyəm ki, Volodimir hər zaman bir məsələni açıq bildirib ki, Ukrayna xalqına borcludur və ölkədə qalaraq xalqın qayğısına qalmaq istəyir. Onunla fəxr edirəm" - deyə Conson vurğulayıb.