Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərhlərə görə xəstəxanaya düşdü - FOTO

Şərhlərə görə xəstəxanaya düşdü - FOTO

Tarix: 20 Mart 2022 15:10

90-cı illərin sevilən müğənnisi Kader sosial şəbəkədə haqqında yazılan şərhlərə görə xəstəxanaya düşüb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi ötən həftə "2sayfa" verilişində tənqidlər barədə fikirlərini deyib:

"Qarşılarında olmadığım müddət ərzində məni hələ də 49 kiloqramlıq incə, gənc qız kimi görəcəklərini zənn edirlər. İlk şərhləri oxuyanda günlərlə yata bilmədim. Təhqir etmək nədir, "Öküz balası", "İynə batırsam partlayacaq" yazmaq olar? Tənqidləri qəbul edə bilirəm, ancaq qədərində. "Kökəlmisiniz, arıqlasanız sizin üçün yaxşı olar" yazsınlar. Mən o şərhləri oxuyub ağlayanda, içim ağrıyanda bunu görmürsünüz, rahat yatırsınız".

Hazırda isə müğəninin şəxsi səhifəsində xəstəxanadan fotosu paylaşılıb. Şərh bölümünə isə "Kader xanım xəstəxanadadır. Klaviatura arxasında əyləşənlər, indi xoşbəxtsiniz? Dayanmaq yerinə, artdınız. Təəssüf ki, onların çoxu qadındır, ayıb olsun. Hamınız qanun qarşısında cəzanızı çəkəcəksiniz" sözləri qeyd edilib.


Etiketlər:  Şərhlərə görə xəstəxanaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ