Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər evdə olmalı təcili yardım çantası - Nələr daxildir?

Hər evdə olmalı təcili yardım çantası - Nələr daxildir?

Tarix: 20 Mart 2022 21:44

Hər bir evdə tibbi yardım çantasının olması mütləqdir. Hər an narahatlıq hiss edə bilərik, hərarətimiz, qan təzyiqimiz qalxa bilər, travmalar ala bilərik. Belə olan hallarda özümüzə ilk yardım göstərməliyik.

Sonxeber.net xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ATV-nin "Səhər" proqramına müsahibəsində məlumat verib.

Həkim bildirib ki, hər hansı sağlamlıq problemlərinə rast gəlindikdə köməyimizə əlimizin altında olan tibbi yardım çantaları gəlir.

"Bu səbəbdən hər bir evdə tibbi yardım çantasının olması mütləqdir", - deyə həkim bildirib.

O, qeyd edib ki, təcili yardım çantasına steril bint, elastik bint, pambıq, jqut, plasterlər daxil edilməlidir. Bundan başqa, çantada yanıqlar zamanı effektiv olan pantenol, 3 faizli perekis məhlulu, dezinfeksiya üçün spirt məhlulu da yer almalıdır.

Həkimin sözlərinə görə, təcili yardım çantasında qrip əleyhinə vasitələr, eləcə də burun damcılarının olması da tövsiyə edilir. /medicina.az


Etiketlər:  Hər evdə olmalı təcili yardım çantası Nələr daxildir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ