Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azarkeşlərimizdən üzr istəyirik'' - Domaqoy Vida

''Azarkeşlərimizdən üzr istəyirik'' -  Domaqoy Vida

Tarix: 10 Sentyabr 2019 12:36

"Yaxşı oyun keçirdik. Penaltidən fərqləndikdən sonra 3-4 qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. İkinci hissədə rəqib hesabı bərabərləşdirdil. Azarkeşlərimizdən üzr istəyirik. Onlara Bakıya gələrək bizə dəstək olduqları üçün təşəkkür edirik. Macarıstanla keçiriləcək növbəti oyunda özümüzü bir daha sübut etməyə çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra ölkəsinin mətbuatına deyib.

O, iki xal itirdiklərini bildirib: "Deməzdim ki, oyuna nəzarət edə bilmədik. Əgər Bakıda keçirilən oyunun ilk hissəsində 2 qol vura bilsəydik, Slovakiya ilə matçı təkrarlaya bilərdik. Bu futboldur, hər şey olduqca maraqlıdır. Biz onlara 1 xal verdik, əvəzində 2 xal itirdik. Hal-hazırda bizə Macarıstanla keçirəcəyimiz oyun daha çox maraqlıdır".

 


Etiketlər:  Azarkeşlərimizdən üzr istəyirik Domaqoy Vida


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ