Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 19:52
ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin ünvanına son zamanlar qəbuledilməz çıxışları ilə əlaqədar səfirə etiraz notası təqdim edilib.
"Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib", - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Co Bayden Rusiya prezidenti Vladimir Putini "müharibə cinayətkarı" hesab etdiyini bildirib.