Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 69 nəfər Azərbaycan vətəndaşının vətənə dönməsinə dəstək verildi

Daha 69 nəfər Azərbaycan vətəndaşının vətənə dönməsinə dəstək verildi

Tarix: 21 Mart 2022 20:06

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir.

Təşkilatdan Sonxeber.net-a bildirilib ki, BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində Ukraynadan Polşanın Katovitçe şəhərinə keçmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq vətənə çatıb.


Etiketlər:  Daha nəfər Azərbaycan vətəndaşının vətənə dönməsinə dəstək verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ